Kovalenko 6 xal topladı, komandası A seriyasında ilk qələbəsini qazandı
24.10.2011 - 09:18
Kovalenko 6 xal topladı, komandası A seriyasında ilk qələbəsini qazandı
Qadın voleybolçular arasında İtaliya A seriyasında üçüncü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Kseniya Kovalenkonun şərəfini qoruduğu “Kariparma Siqrade” mövsümdə ilk qələbəsini qazanıb.

Blokçumuzun əsas heyətdə meydana çıxdığı görüşdə komandası “Riso Skotti Pavia”nı 3:1 (25:10, 15:25, 25:13, 25:16) hesabı ilə məğlub edib. Kovalenko bu dəfə “Kariparma Siqrade”yə 6 xal qazandırıb.

Qeyd edək ki, “Kariparma Siqrade” 3 turdan sonra 3 xalla 12 klub arasında 6-cı yerdədir.
0