Mehmet Əli Aydınlar: Bəylə gəlin bir-birinə çox yaraşırlar
24.10.2011 - 09:26
Mehmet Əli Aydınlar: Bəylə gəlin bir-birinə çox yaraşırlar
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar ölkəmizə səfər edib. Apasport.az saytının məlumatına görə, qurum başçısının səfəri rəsmi xarakter daşımayıb. Aydınlar Bakıya toyda iştirak etmək üçün gəlib. Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Natəvan Qasımova və “Bakı” klubunun vitse-prezidenti Tunc Avşarın Bakı Əyləncə mərkəzindəki toyunda iştirak edən türkiyəli qonaq bəyin şahidi olub.

Aydınlar toyda çıxış edərək səbəbkarlara xoş arzularını açıqlayıb: “Tunc mənim yaxın dostumdur, vəkilimdir. “Fənərbaxça Acıbadəm”in dünya miqyaslı yarışlardakı uğurlarında onun əməyi böyükdür. Burada onun toyunu həm qeyd edir, həm də təbrik edirik. Bəylə gəlin bir-birinə çox yaraşırlar. Onlara ömür boyu xoşbəxt olmalarını arzulayıram”.

Qeyd edək ki, gəlinin şahidi Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev olub.
0