Rəqiblərimizdən növbəti qələbə
24.10.2011 - 09:36
Rəqiblərimizdən növbəti qələbə
Bakının “Rabitə” və “Azərreyl” klublarının Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri – “Fənərbaxça” və “Vakıfbank Günəş TTelekom” Türkiyə Super Liqasında növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, hər 2 komanda oyunlarını qələbə ilə başa vurublar.

Belə ki, “Rabitə” ilə eyni qrupda yer alan “sarı-lacivərdlilər” “Ankaragücü”nü 3:1 (25:13, 29:27, 22:25, 25:10) hesabı ilə məğlub edib. “Azərreyl”lə qarşılaşacaq “Vakıfbank Günəş TTelekom” isə “İller Bankası”na eyni hesabla (20:25, 25:17, 25:17, 25:21) qalib gəlib.
0