“Azərreyl” Bakını tərk etdi
24.10.2011 - 10:20
“Azərreyl” Bakını tərk etdi
Bakının “Azərreyl” və “Azəryolservis” klubları Türkiyəyə yollanıblar. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd yeni mövsümə hazırlıqdır.

Belə ki, Antalyaya yollanan komandalarımız burada təlim-məşq toplanışı keçəcəklər. Türkiyədə, həmçinin “Azərreyl” və “Azəryolservis” bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Azəryolservis” Super Liqanın debütantıdır.
0