Yığmamız sonuncu yerdə
24.10.2011 - 10:37
Yığmamız sonuncu yerdə
Avropa çempionatında mübarizə aparan qadın həndbolçulardan ibarət Azərbaycan millisinin yer aldığı I qrupda II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın 16:34 hesabı ilə Almaniya yığmasına uduzduğu turda Macarıstan da səfərdə Belarusa qalib gəlib.

Belə ki, ev sahibləri fasiləyə 14:12 hesabı ilə üstün yollanıblar. Lakin macarlar sensasiyaya imkan verməyiblər. Avropanın, həmçinin dünyada ən güclülərdən olan qonaqlar yekunda 28:25 hesabı ilə qalib gəliblər.

Beləliklə, 2 turdan sonra məğlubiyyət acısı yaşamayan Almaniya və Macarıstan həndbolçuları ilk 2 yerdə qərarlaşıblar. Azərbaycan yığması isə top fərqinə görə, Belarusdan da geri qalır və qrupda sonuncudur.

1. Almaniya220061-354
2. Macarıstan220069-444
3. Belarus200244-550
3. AZƏRBAYCAN200235-750


Qeyd edək ki, növbəti turun oyunları 2012-ci ildə keçiriləcək.
0