Çexiya səfəri təxirə salındı, Sloveniyada 2 oyun
24.10.2011 - 11:24
Çexiya səfəri təxirə salındı, Sloveniyada 2 oyun
Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan Bakının “Lokomotiv” klubu yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Draqutin Baltiçin yetirmələri Avstriyanın “SVS Post” komandası ilə qarşılaşıblar.

Voleybolçularımız ilk matçda 2:3 hesabı ilə uduzsalar da, növbəti oyunda eyni hesabla qalib gəliblər. Oktyabrın 30-a kimi Sloveniyada hazırlıq keçəcək komandamız daha bir neçə yoldaşlıq görüşü də keçirəcək.
Qeyd edək ki, “Lokomotiv” Çexiyanın paytaxtı Praqaya yollanmağı planlaşdırsa da, son anda bu ölkəyə səfərini təxirə salıb. Bu, voleybolçularımızın qalacağı kompleksdə şəraitin lazımı qaydada olmaması və yalan vəd verilməsi səbəbindən baş verib.
0