Səviyyə fərqi
24.10.2011 - 13:28
Səviyyə fərqi
Avrokuboklarda Bakının “Azərreyl” və “İqtisadçı” klublarının rəqibləri bir-biri ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Rumıniya təmsilçiləri - “Tomis” və “Dinamo-Romprest” ölkə çempionatında münasibətlərinə aydınlıq gətiriblər.

Gərgin keçən görüşdə “Azərreyl”in Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Tomis” ilk turda “İqtisadçı” ilə CEV kubokunun 1/16 final mərhələsində qarşılaşacaq buxarestliləri 3:2 (25:21, 20:25, 25:19, 22:25, 15:12) hesabı ilə məğlub edib.

“Azərreyl”in digər rəqibi “Foppapedretti” isə evdə xal itkisi ilə qarşılaşaıb. Onlar A seriyasının III turunda “Pyaçenza” ilə görüşdən məğlub ayrılıblar – 2:3 (25:20, 15:25, 25:20, 17:25, 8:15).
0