Yığmamız dekabrın 27-ni gözləyir
24.10.2011 - 15:50
Yığmamız dekabrın 27-ni gözləyir
2013-cü ildə Sloveniyada keçiriləcək basketbol üzrə kişilərdən ibarət Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu birinciliyə qatılacaq Azərbaycan milli komandasının rəqibləri dekabrın 27-də bilinəcək.
Püşkatma mərasimi Almaniyada baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatında 30 ölkənin millisi mübarizə aparacaq. Yığmalar hərəsində 5 komanda olmaqla, 6 qrupda yarışacaqlar. Hər qrupdan ilk 2 yerin sahibi, həmçinin üçüncü yer tutan 6 komanda arasında ən yaxşı nəticəyə malik 4 yığma da Sloveniyaya yollanmaq şansı qazanacaq.
0