Avro-2012 daha bir baş məşqçinin istefasına səbəb oldu
24.10.2011 - 16:02
Avro-2012 daha bir baş məşqçinin istefasına səbəb oldu
Avro-2012-in seçmə mərhələsi bitəndən sonra növbəti baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, Sloveniya yığmasının çalışdırıcısı Matyaj Kek postundan gedib. Sloveniya Futbol Federasiyası bu haqda rəsmi məlumat yayıb. Onu Slavişa Stoyanoviç əvəzləyib.

Sloveniya yer aldığı qrupda 2-ci yeri tuta bilmədi və buna Estoniya millisi nail oldu. Belə olan halda, millinin çıxışı uğursuz sayıldığından, baş məşqçi dəyişikliyi zərurəti ortaya çıxdı. Özü də nəzərə alaq ki, sloveniyalılar son dünya çempionatının final mərhələsinin iştirakçısıdır və bunu 4 ildir çalışdırıcısı olan Kekin vaxtında reallaşdırdı. Yığma DÇ-2010-a Rusiyaya pley-off mərhələsində qalib gələrək, çıxdı.
0