Ər-arvad eyni komandamızda
24.10.2011 - 23:01
Ər-arvad eyni komandamızda
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Oksana Parxomenko və onun həyat yoldaşı - əri türkiyəli məşqçi Onat Kurt yenidən eyni komandanın uğurları üçün çalışacaqlar. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Faiq Qarayevə kömək edən Kurt eyni zamanda Bakının “Azərreyl” klubunda da fəaliyyət göstərəcək. Moskva “Dinamo”sunda oynayarkən Oksananın məşqçisi olmuş və bu zaman onunla nişanlanmış Kurt “Azərreyl”də də millimizin üzvünə təlim keçəcək.

Qeyd edək ki, 27 yaşlı Oksana 12 illik peşəkar karyerası ərzində Azərbaycanda yalnız “Azərreyl”in uğurları üçün çalışıb.
0