“Bakı”nın rəqibi xala həsrətdir
25.10.2011 - 09:26
“Bakı”nın rəqibi xala həsrətdir
Bakının “Rabitə” voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Myulhaus” Fransa çempionatında üçüncü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onlar Avropanın ən adlı-sanlı komandalarından biri – “Kann”ın qonağı olublar.

Lakin “Myulhaus” heç də özünü qonaq kimi aparmayıb və səfərdə 3:2 (20:25, 32:30, 25:23, 20:25, 16:14) hesabı ilə qələbə qazanıb.

Azərbaycan çempionunun digər rəqib - “Drezdner” də Almaniya Bundesliqasında növbəti xalına yiyələnib. Onlar səfərdə “Köpenicker” klubuna “quru hesab”la (25:23, 25:14, 25:21) qalib gəliblər.

“Bakı” ilə “Çelenc Cup”ın II təsnifat mərhələsində qarşılaşacaq Fransa “Evre”si isə ölkə çempionatında xala həsrətdir. 12 klub arasında sonuncu olan rəqibimiz bu dəfə evdə “Kalais”ə 1:3 (25:21, 17:25, 23:25, 23:25) hesabı ilə uduzub.
0