Bakıdakı Olimpiya təsnifat turnirinin təqvimi təsdiqləndi
25.10.2011 - 12:19
Bakıdakı Olimpiya təsnifat turnirinin təqvimi təsdiqləndi
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 6 yığmanın iştirakı ilə baş tutacaq yarışda komandalar 2 qrupda mübarizə aparacaq.

Macarıstan, Ukrayna və Çexiya A, Azərbaycan, Bolqarıstan və Danimarka B qrupunda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, ilk 2 yerdə qərarlaşacaq millilər növbəti mərhələyə vəsiqə qazanacaqlar və qrupların qalibi digər qrupun ikincisi ilə oynayacaq.

Burada da qələbə qazanacaq komandalar finalda üz-üzə gələcək. Həlledici görüşün güclüsü isə Avropa Olimpiya təsnifat turnirinə vəsiqəyə sahib olacaq.

Qeyd edək ki, noyabrın 8-də start götürəcək turnirin ilk günü Faiq Qarayevin yetirmələri istirahət edəcəklər. Komandamız növbəti 2 gündə isə saat 18:30-da meydana çıxacaq.

Qrup mərhələsi

A qrupu

8 noyabr
18:30. Macarıstan – Ukrayna

9 noyabr
16:00. Çexiya - Macarıstan

10 noyabr
16:00. Ukrayna - Çexiya

B qrupu

8 noyabr
16:00. Bolqarıstan – Danimarka

9 noyabr
18:30. Azərbaycan – Bolqarıstan

10 noyabr
18:30. Danimarka – Azərbaycan

Yarımfinallar

11 noyabr
16:00. A qrupunun birincisi – B qrupunun ikincisi
18:30. B qrupunun birincisi - A qrupunun ikincisi

Final

12 noyabr
18:30. Yarımfinalların qalibi
0