Startdaca “ağ bayraq”?
25.10.2011 - 16:33
Startdaca “ağ bayraq”?
Qadın həndbolçulardan ibarət Bakının ABU klubunun “Çelenc Cup”da oyunlarının keçirilmə günü və başlama saat dəqiqləşib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Azərbaycan çempionunun Xorvatiyanın “Zelina” komandası ilə hər 2 görüşü səfərdə baş tutacaq.

Qarşılıqlı razılaşmaya əsasən, ABU 1/16 final mərhələsinə vəsiqə uğrunda noyabrın 4-də və 5-də Sveti İvan adına İdman Kompleksində rəqibinin gücünü yoxlayacaq. Hər 2 oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ancaq bu, heç də Rəfiqə Şabanovanın komandası üçün uğurlu seçim deyil. Adətən maliyyə çətinliklərini yaşayan klublar bu addımı atır və startdaca məğlubiyyətlə barışırlar.

Qeyd edək ki, ABU ilk matçı Bakıda, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirməli idi.
0