Avrokubok üçün 18 nəfərlik heyət
25.10.2011 - 18:00
Avrokubok üçün 18 nəfərlik heyət
Bakının ABU həndbol klubu “Çelenc Cup” turniri üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan çempionu iştirak ərizəsinə 18 həndbolçunun adını daxil edib.

Rəfiqə Şabanovanın güvənəcəyi heyətdə isə legioner yer almayacaq. Bunlar Səkinat Abbasova, Günel Əliyeva, Yuliya Deryabina, İranə Qasımova, Yana Qomak, Anna Cəfərova, Rumiyyə Xamətova, Vəfa Məmmədova, Səbinə Müstafayeva, Olqa Paqonina, Səbinə Nuriyeva, Elnarə Rudenko, Olqa Seyidəliyeva, Ülviyyə Şərifova, Kristina Yeryomina, Alyona Şulindina, İnarə Yusibova və Yuliya Zaparojetsdir.

Qeyd edək ki, ABU ilk matçında Xorvatiyanın “Zelina” klubu ilə qarşılaşacaq.
0