Xorvatlardan Azərbaycan çempion üçün eyni cavab
26.10.2011 - 17:41
Xorvatlardan Azərbaycan çempion üçün eyni cavab
“Çelenc Cup”ın 1/16 final mərhələsində Azərbaycan çempionu ABU həndbol klubunun rəqibi Xorvatiyanın “Zelina” komandası heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hər 2 oyuna ev sahibliyi edəcək xorvatlar iştirak ərizəsinə 18 oyunçunun adını daxil edib.

“Zelina”nın da heyətində ABU-da olduğu kimi legioner yer almayacaq. B qrupunun qalibi kimi 1/16 final mərhələsinə yüksələn rəqibimiz gənc hədbolçulara güvənəcək. Bunlar Adriana Antolqoviç, Cono Draqiça, İva Erceqovaç, Ana Qaliç, Antania Yukiç, Renata Knjezeviç, Klara Korceç, Ana Krizanaç, Valerija Krsak, Maya Legin, Tanya Madzaraç, Martina Markesiç, Anamarija Paviciç, Mariya Ana Valateç, Anamarija Peti, Mia Stipiç, Lea Vukojeviç və Martina Vuliçdir.

Qeyd edək ki, ABU “Zilina” ilə noyabrın 4-də və 5-də oynayacaq.
0