“Azərreyl”in rəqibi yenə uduzdu
27.10.2011 - 09:01
“Azərreyl”in rəqibi yenə uduzdu
Çempionlar Liqasının qrup mərhələsində Bakının “Azərreyl” voleybol klubunun rəqibi “Vakıfbank Günəş TTelekom” Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İstanbul komandası “Əczaçıbaşı” ilə qarşılaşıb.

“Rabitə”nin də dünya çempionatında məğlub etdiyi “Vakıfbank Günəş TTelekom” bu dəfə də uduzub. “Əczaçıbaşı” 3:0 (25:15, 25:19, 29:27) hesabı ilə qələbə qazanıb.
0