Azərbaycan çempionu I liqanı seçdi - FOTO
27.10.2011 - 09:20
Azərbaycan çempionu I liqanı seçdi - FOTO
Bakının “Rabitə” klubunun voleybolçusu Marina Miletiç özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın qızıl medalını qazanan 28 yaşlı xorvatiyalı legioner karyerasını Türkiyədə davam etdirəcək.

180 sm boya malik Miletiç birinci liqada mübarizə aparan “Sarıyer Bələdiyyəsi” ilə anlaşıb. O, Super Liqaya yüksəlmək uğrunda qüvvəsini sınayan komanda ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Marina “Rabitə”yə bu ilin yanvarında transfer olunmuşdu və mövsümün sonunda onunla yollar ayrılmışdı.
0