“Vaşaş” - “Lokomotiv” matçının tarixi dəqiqləşdi
27.10.2011 - 12:31
“Vaşaş” - “Lokomotiv” matçının tarixi dəqiqləşdi
Bakının “Lokomotiv” voleybol klubunun Macarıstanın “Vaşaş” komandası ilə “Çelenc Cup”da ilk oyunun başlama günü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamız mübarizəyə səfərdə başlayacaq.

Qarşılaşma noyabrın 29-a təsadüf edəcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Lakin hələlik paytaxtımızda keçirilməli olan cavab matçının vaxtı müəyyənləşməyib.

Yeri gəlmişkən, Sloveniyada təlim-məşq toplanışında olan “Lokomotiv” hazırlığı başa vuraraq, bu gün vətənə qayıdacaq. Onlar saat 19:00-da Bakıda olacaqlar.

Qeyd edək ki, “Lokomotiv” – “Vaşaş” cütünün qalibi 1/16 finalda “İmpel Qvardiya” (Polşa) – “Martiza” (Bolqarıstan) duelinin güclüsü ilə oynayacaq.
0