Azərbaycan çempionunun rəqibindən daha bir qələbə
28.10.2011 - 08:42
Azərbaycan çempionunun rəqibindən daha bir qələbə
Bakının “Rabitə” voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Drezdner” Almaniya Bundesliqasında növbəti oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Drezden təmsilçisi “Şveriner”lə qarşılaşıb.

Oyun “Drezdner”in üstünlüyü şəraitində keçib və Azərbaycan çempionunun rəqibi 3:0 (25:21, 25:23, 25:18) hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, “Drezdner” 4 turdan sonra 9-cu yerdə qərarlaşıb.
0