Yığmamızın Avropa çempionatında iştirakı təsdiqləndi
28.10.2011 - 09:10
 Yığmamızın Avropa çempionatında iştirakı təsdiqləndi
Azərbaycan Basketbol Federasiyası kişilər arasında Avropa çempionatının seçmə mərhələsində milli komandamızın iştirakını təsdiq edib. Apasport.az saytının məlumatına görə, yığmamızın rəqibləri dekabrın 4-də Almaniyanın Frayzing şəhərində püşkatmada bəlli olacaq.

Seçmə oyunlar 2012-ci ilin avqust - sentyabr aylarında, final mərhələ isə 2013-cü ilin sentyabr ayında Sloveniyada keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatında 30 ölkənin millisi mübarizə aparacaq.
0