Azərbaycan yığmasının oyunları hansı kanalda yayımlanacaq?
28.10.2011 - 10:45
Azərbaycan yığmasının oyunları hansı kanalda yayımlanacaq?
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsinin oyunları canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, voleybolsevərlər qarşılaşmaları “İdman Azərbaycan” kanalı ilə izləyə biləcəklər.

Noyabrın 8-12-də baş tutacaq yarışda Azərbaycan millisi ilk matçını turnirin ikinci oyun günündə Bolqarıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, seçmə mərhələdə 6 komanda qüvvəsini sınayacaq.
0