Azərbaycan çempionatında yeni hakimlər
28.10.2011 - 15:18
Azərbaycan çempionatında yeni hakimlər
Azərbaycan Voleybol Federasiyasında hakimlər arasında respublika seminarı start götürüb. Apasport.az saytının məlumatına görə, seminara 22 şəhər və rayondan 55 idman məktəblərinin voleybol mütəxəssisləri gənc hakim kimi dəvət olunub. Burada gələcəyin ədalət təmsilçilərinə yeni voleybol qaydaları haqqında məlumatlar veriləcək.

Daha sonra hakimlər yoxlamadan keçiriləcək. Belə ki, noyabrda start götürəcək Azərbaycan Super Liqasının oyunlarını idarə etmək üçün beynəlxalq və respublika dərəcəli hakimlər test imtahanı verəcəklər. Sabah Azərbaycan Voleybol Federasiyasında keçiriləcək sınağın nəticələrinə əsasən isə qadınlar arasında Azərbaycan çempionatının hakimlərinin adları açıqlanacaq.
0