Azərbaycan çempionatı yeni məkanda
29.10.2011 - 23:02
Azərbaycan çempionatı yeni məkanda
Azərbaycan çempionatı yeni məkanda keçiriləcək. Apasport.az saytının məlumatına görə, voleybolçu qadınlardan arasında Super Liqa oyunlarının böyük əksəriyyəti İdman Sarayında baş tutacaq.

Ötən ilki ölkə birinciliyi “Sərhədçi” Olimpiya İdman Mərkəzinin zalında reallaşıb. Amma Azərbaycan Voleybol Federasiyası ilə qarşı tərəf arasında növbəti il üçün razılıq əldə olunmayıb. Nəticədə federasiya digər variantlar arasında seçim edib və İdman Sarayının üzərində dayanıb.


Yalnız klublararası dünya çempionatının qalibi “Rabitə”nin ev oyunları “Sərhədçi”də baş tutacaq. Zoran Qayiçin komandası eyni zamanda Çempionlar Liqasındakı rəqiblərini də bu arenada qəbul edəcək.
0