Kovalenkonun komandası “Skavolini”yə də gücünü göstərdi
31.10.2011 - 10:00
Kovalenkonun komandası “Skavolini”yə də gücünü göstərdi
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenkonunun şərəfini qoruduğu “Kariparma” İtaliya A seriyasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz yığmamızın düşərgəsinə yollandığından “Skavolini”yə qarşı oyunda forma geyinməyib.

Kovalenkonun komandası isə Pesaro klubunu məğlub etməkdə çətinlik çəkməyib – 3:1 (25:22, 21:25, 25:15, 27-25).

Qeyd edək ki, həmyerlimizin şərəfini qoruduğu “Kariparma” bu qələbədən sonra 6-cı pilləyə yüksəlib.
0