Rəqiblərimizdən yalnız “Tomis” uduzdu
31.10.2011 - 10:55
Rəqiblərimizdən yalnız “Tomis” uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan klublarının rəqibləri ölkə çempionatlarında növbəti matçlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” ilə eyni qrupda yer alan “Drezdner” Almaniya Bundesliqasında “Aaxen”lə qarşılaşıb.

Onlar rəqiblərinə heç bir şans verməyərək, 3:0 (27:25, 25:19, 25:14) hesabı ilə qələbə qazanıblar.

“Azərreyl”in Çempionlar Liqasında üz-üzə gələcəyi “Tomis” isə xal itkisi ilə üzləşib. Onlar Rumıniya çempionatında “Stiinta”nın qonağı olublar və 1:3 (25:15, 20:25, 26:28, 20:25) hesabı ilə uduzublar. “Çelenc Cup”ın qalibinin qrup mərhələsindəki digər rəqibi “Foppapedretti” səfərdən “Sper Konegliano”nun daşını daş üstə qoymayıb. Berqamolular 3 xalı 3:0 (28:26, 25:14, 25:15) hesablı qələbə ilə əldə ediblər.

“İqtisadçı”nın CEV kubokunun 1/16 final mərhələsində qarşılaşacağı “Dinamo-Romprest” qələbəyə sevinib. Buxarest təmsilçisi “Tarqu Mureş”i 3:0 (25:10, 25:16, 25:20) hesabı ilə məğlub edib.
0