Azərbaycan yığması Rusiya klubunu məğlub etdi
31.10.2011 - 11:04
Azərbaycan yığması Rusiya klubunu məğlub etdi
Oktyabrın 23-dən Kəmərdə (Türkiyə) təlim-məşq toplanışında olan voleybol üzrə Azərbaycan milli komandası 2 yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Yekaterinburqun “Uraloçka” klubu ilə qarşılaşıblar.
Voleybolçularımız keçirdikləri hər 2 matçda Nikolay Karpolun komandasına qalib gəliblər.

Qeyd edək ki, yığmamız vətənə noyabrın 3-də qayıdacaq.
0