“Qaradağ”da yeni baş məşqçi
31.10.2011 - 13:31
“Qaradağ”da yeni baş məşqçi
“Hazırda komandamızda hər şey qaydasındadır. “ABU Arena”da ölkə çempionatına hazırlığı davam etdiririk”. Bunu apasport.az saytına açıqlamasında qadın həndbolçulardan ibarət “Qaradağ” klubunun prezidenti Lüdmila Şubina deyib.

Olimpiya çempionumuz bildirib ki, heyətin 3 aparıcı üzvü ölkə xaricinə yollansa da, komandada ciddi problem yoxdur: “Aparıcı həndbolçularımızdan Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikova İranın Superliqasında çıxış edirlər. Onlar Səbzivar şəhərinin komandasında oynayırlar. Qızlarımız orada tək deyillər. “Qaradağ”ın sabiq baş məşqçisi Sergen Nikulenko da karyerasını İranda davam etdirir. Hazırkı heyətimizi isə zəif hesab etmirəm. Komandamızı gənc mütəxəssis Roman Muvikin etibar olunub. O, Avropa həndbolu görmüş məşqçidir, Türkiyədə çalışıb. Fikrimcə, bu mövsümdə də ABU-ya gücümüzü göstərəcəyik”.

KAMRAN
0