Tore Aleksandersen: Azərbaycan voleybolçuları arzuolunmaz rəqibdir
31.10.2011 - 17:24
Tore Aleksandersen: Azərbaycan voleybolçuları arzuolunmaz rəqibdir
“Püşkatmanın nəticələrindən çox razıyam”. Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Finlandiya milli komandasının baş məşqçisi Tore Aleksandersen deyib.

Norveçli mütəxəssis Avro-2013-ün püşkatmasına münasibət bildirib. Püşkün nəticəsinə görə, C qrupunda Azərbaycan, Avstriya və Belarusla eyni qrupda yer alan “suomi”lərin çalışdırıcısı bildirib ki, münasib qrupda yer alıblar: “Püşkün nəticəsini bizim üçün optimal saymaq olar. Bütün komandalar keçiləsidir. Ancaq əlbəttə, Azərbaycan voleybolçuları arzuolunmaz rəqib sayıla bilər”.

Qeyd edək ki, Avro-2013-ün qrup mərhələsinin ilk dövrəsi 2012-ci il sentyabr 6-9-da Finlandiyada, II dövrəsi isə həmin ayın 13-16-da Azərbaycanda keçiriləcək.
0