“Fənərbaxça” üçün azərbaycanlı
01.11.2011 - 11:56
“Fənərbaxça” üçün azərbaycanlı
Basketbol üzrə beynəlxalq dərəcəli azərbaycanlı hakim Ələkbər Həsənov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, FİBA Avropa həmyerlimizə 3 matç etibar edib.

Həsənov öncə qadınlar arasında keçirilən Avroliqada “Yekaterinburq” (Rusiya) – “VİCİ Aistes” (Litva) görüşündə ədaləti qoruyacaq. O bu oyunun ardınca Rusiyadan Türkiyəyə yollanacaq. Noyabrın 15-də “Beşiktaş Milanqaz” (Türkiyə) – “Armia” (Gürcüstan, AvroÇelenc), bir gün sonra isə “Fənərbaxça” (Türkiyə) – “Nadejda” (Rusiya, Avroliqa) komandalarının oyununda referilik edəcək.
0