Azərbaycan çempionatının bürünc mükafatçısı Rumıniya klubunda - FOTO
01.11.2011 - 14:40
Azərbaycan çempionatının bürünc mükafatçısı Rumıniya klubunda - FOTO
CEV kubokunun 1/16 final mərhələsində Bakının “İqtisadçı” klubu ilə qarşılaşacaq Rumıniyanın “Dinamo-Romprest” komandası heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz Avropa Voleybol Konfederasiyasına 12 voleybolçunu sifariş edib.

Bunlar İvona Valiqora, Anna Barbara Podoleç, Ana-Maria Hinku, Andria Daiana Dimeni, Alida-Karmen Marçociçi, Danila Minça, Liana-Qabriela Smarandaçe, Silvia Vojçieska, İoana Maria Bakau, Diana-Dora Karbuneanu, Elena Koleva və Yael Kastilyondur.

Heyətdə diqqət çəkən məqam ötən il “İqtisadçı” ilə Azərbaycan Super Liqasının bürünc mükafatını qazanan Argentina yığmasının üzvü Kastilyonun “Dinamo-Romprest”lə yeni müqavilə bağlaması və Bakı klubuna rəqib olmasıdır.

Qeyd edək ki, universitet klubu rumınlarla ilk oyunu noyabrın 29-da Bakıda, cavab maçını dekabrın 6-da səfərdə oynayacaq.
0