Belaruslular AFFA-nın yolu ilə getdi
01.11.2011 - 15:11
Belaruslular AFFA-nın yolu ilə getdi
Belarus Futbol Federasiyası (BFF) AFFA-nın yolu ilə gedib. Apasport.az saytının məlumatına görə, BFF yanvarın 20-dən 29-dək Rusiyada keçiriləcək “Birlik kuboku” turnirinə qatılmaqdan imtina edib.

Turnirin təşkilatçıları ənənəvi yarışın formatında köklü dəyişiklik edərək, orada klubların yox, ilk dəfə yığmaların iştirakına qərar verib. Sankt-Peterburqda “Peterburski” İdman Konsert Kompleksində keçiriləcək yarışda 1990/91 təvəllüdlü futbolçuların çıxış etməlidir.

BFF təşkilatçı olan Rusiya Futbol İttifaqından rəsmi dəvət alıb. Ancaq AFFA kimi, belaruslular da U-21-i turnirə göndərməyi məqsədəuyğun saymayıb. Çünki həmin yığmadakı futbolçular qış fasiləsində öz klublarının heyətində təlim-məşq toplanışında iştirak edəcəklər və turnir hazırlıq planına uyğun gəlmədiyindən, “yox” cavabı verilib.

Ancaq fərq ondadır ki, BFF “Birlik kuboku”ndan birdəfəlik etməyib. Belə ki, Rusiyaya Yuri Şukanovun baş məşqçisi olduğu U-21-in əvəzinə 1992/93 təvəllüdlü futbolçulardan ibarət, Aleksey Vergeyenkonun çalışdırdığı U-20-i göndərmək qərara alınıb.
0