“Məni milli komandaya çağırsalar da, getmərəm”
01.11.2011 - 15:17
“Məni milli komandaya çağırsalar da, getmərəm”
“Məni milli komandaya çağırsalar da getmərəm. 29 yaşında yığmada debüt etməyin nə mənası var?” Apasport.az saytının məlumatına görə, bu sözləri Latviyanın “Metallurq klubunun futbolçusu Yurgiq Kalns deyib.

2011-ci il mövsümündə 13 qol vuran hücumçu belə məhsuldarlığı fonunda Latviya milli komandasına çağırılmamağının səbəbini baş məşqçi Aleksandr Starkovda görür. Kalns vətənində verdiyi müsahibədə eyni zamanda “Bakı”ya rəhbərlik edən mütəxəssisin uzun illərdir yığmaya rəhbərlik etməsindən narazı olduğunu açıqlayıb: “Bundan sonra maksimum 1 seçmə mərhələ oynaya bilərəm. Bu da ehtiyat oyunçular skamyasında qalmasam. Yaxşısı, həmin 3-4 günü ailəmə sərf etməkdir. Nə qədər ki, Aleksandr Starkovun mafiyası yığmaya başçılıq edir, qərarımı dəyişməyəcəyəm. O, həmişə “Metallurq”un futbolçularına ögey münasibət bəsləyir. Milliyə elə oyunçular çağırır ki, onlar buna hazır deyillər. “Metallurq”a gələnlərin taleyi isə fərqli olur. Starkov yalnız məcbur olanda bizim klubdan oyunçu çağırır”.

Kalns milli komandanı əcnəbi mütəxəssisin çalışdırmasının tərəfdarıdır: “Milliyə əcnəbi məşqçi gətirilməlidir. Legioner bütün futbolçulara eyni gözlə baxıb “Skonto”un yetirməsi olub-olmayanlar arasında ayrı-seçkilik etməyəcək”.
0