Bakı klubuna transfer edildi, Argentina yığmasına çağırıldı
01.11.2011 - 15:24
Bakı klubuna transfer edildi, Argentina yığmasına çağırıldı
Qadın voleybolçulardan ibarət Argentina milli komandası Dünya Kubokuna aparacağı heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Orasio Bastit noyabrın 4-18-də Yaponiyada keçiriləcək yarışa Azərbaycan çempionatından da voleybolçu dəvət edib.

Təcrübəli mütəxəssisin açıqladığı siyahıda Bakının “Lokomotiv” klubunun yeni transferi Lusia Qaidonun da adı yer alıb. 23 yaşlı liberonun yığması ilk “3-lüyə” düşərsə, o London-2012-yə lisenziya qazanacaq.

Qeyd edək ki, Argentinanın 12 nəfərlik heyətində ötən mövsüm “İqtisadçı” ilə Super Liqanı üçüncü yerdə başa vurmuş Yael Kastelyon da var.
0