“Lokomotiv” bu dəfə Serbiyaya gedir
01.11.2011 - 16:05
“Lokomotiv” bu dəfə Serbiyaya gedir
Bakının “Lokomotiv” klubu yenidən Azərbaycanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, az öncə Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışı keçən “dəmiryolçular” bu dəfə Serbiyanın paytaxtı Belqradda hazırlıq keçəcəklər.

Draqutin Baltiçin yetirmələri səfərə noyabrın 7-də yollanacaqlar. Voleybolçularımız Serbiyada təlim-məşq toplanışı 8 gün keçəcək. “Lokomotiv” hazırlıq çərçivəsində 5 yoldaşlıq oyunu keçirməyi də planlaşdırır.

Qeyd edək ki, Bakı komandası bu mövsüm “Çelenc Cup”da qüvvəsini sınayacaq.
0