İtaliya yığması Azərbaycan çempionatından oyunçu çağırdı
02.11.2011 - 15:01
İtaliya yığması Azərbaycan çempionatından oyunçu çağırdı
Qadın voleybolçulardan arasında Dünya Kubokunda qüvvəsini sınayacaq İtaliya milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, yarışa “wild card”la qatılacaq Apennin təmsilçisinin heyətinə Azərbaycan Super Liqasında çıxış edəcək voleybolçu da çağırılıb.

Bu, “Azərreyl”in yayda transfer etdiyi Sara Anzanellodur. O, az öncə Bakıda olsa da, yenidən yığmanın düşərgəsinə qayıdıb.

Qeyd edək ki, Dünya Kubokunda ilk 3 yeri tutacaq komanda London-2010-yə lisenziya qazanacaq.
0