“Volero”nun prezidenti: “Rabitə”nin bizimlə məşq etməsi böyük şərəfdir
03.11.2011 - 11:51
“Volero”nun prezidenti: “Rabitə”nin bizimlə məşq etməsi böyük şərəfdir
“Klublararası son dünya çempionunun hazırda bizimlə məşq etməsi böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bu sözlər İsveçrənin “Volero” klubunun prezidenti Stav Yakobiyə məxsusdur.

Bakının “Rabitə” klubu Qətərdəki dünya çempionatının qalibi olduqdan sonra Bakıdakı qısa hazırlığın ardından İsveçrəyə yollanıb. Burada 2 həftəlik təlim-məşq toplanışında olacaq komandamız Çempionlar Liqasında çıxış edəcək “Volero” ilə bir neçə yoldaşlıq matçında gücünü yoxlayacaq.

Sürix klubunun prezidenti belə güclü rəqiblə özlərini sınamaq imkanına malik olmalarını yüksək dəyərləndirib: “Hər 2 komandanın bir neçə üzvü yığmalarının düşərgəsində olduğundan, tam heyətlə oynaya bilməyəcəyik. Bu səbəbdən qarışıq heyətlərlə meydana çıxacağıq ki, oyun qaydalarına riayət edək. Burada , komandalar taktiki tapşırıqlar üzərində də işləməyəcək”.
0