Bakıya gələcək 12 danimarkalı müəyyənləşdi
03.11.2011 - 12:08
Bakıya gələcək 12 danimarkalı müəyyənləşdi
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində millimizin rəqibi olan Danimarka yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Sven Briks paytaxtımızda güvənəcəyi 12 idmançını müəyyənləşdirib.

Bunlar Yeva Bang, Liniya Trans Hansen (hər ikisi “Brondbyu”), Nikolin Fürstenberq, Mia Kloz-Yorgensen Karen Helmer-Hansen, Likke Denger, Nanna Abildqaard (hamısı “Holte”), Mia Maymann, Melçiyana Salispahiç (hər ikisi “Fortuna Odense”), Simone Oholm (“Gentofte”), Anita Om (DHV Odense) və Liniya Hansendir (“Vordinqburq”).

Bu gün Engelholmda İsveç voleybolçuları ilə yoldaşlıq matçı keçirəcək danimarkalılar ölkəmizə noyabrın 7-də gələcəklər.

Qeyd edək ki, Azərbaycan – Danimarka matçı noyabrın 10-da olacaq.
0