ABŞ yığması 2 “azərbaycanlı”ya ehtiyac duydu
03.11.2011 - 15:30
ABŞ yığması 2 “azərbaycanlı”ya ehtiyac duydu
Qadın voleybolçulardan ibarət ABŞ milli komandasının Dünya Kubokunda iştirak edəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 4-18-də Yaponiyada keçiriləcək yarışa 14 idmançı yollanacaq.

Bunlar arasında Azərbaycan Super Liqasında forma geyinən Tayyubu Xaneef-Park (“İqtisadçı”) və Cennifer Tamas (“Azərreyl”) da yer alıblar.

Lakin baş məşqçi Hyu Makkatçen bir neçə aydır millinin düşərgəsinə çağırdığı, hətta “Rabitə” ilə klublararası dünya çempionatında iştirak etməsinə icazə vermədiyi Kimberli Qlass və Meri Spayseri Yaponiyaya aparacağı heyətə daxil etməyib.
0