4-ü qayıtdı, 4-ü aparılmayacaq - FOTOSESSİYA
03.11.2011 - 16:37
4-ü qayıtdı, 4-ü aparılmayacaq - FOTOSESSİYA
Premyer Liqanın XII turu çərçivəsində Quzanlıda “Qarabağ”ın qonağı olacaq “Sumqayıt Şəhər” hazırlığını davam etdirir. Apasport.az-ın klubun internet saytına istinadən məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda son məşqinə çıxan komanda sabah yollanacaq.

U-17-nin heyətində Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edən 3 futbolçusu – Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov da komanda ilə birgə məşqlərə başlayıb. Zədəsini sağaltmış Aleksandr Qross isə Bernhard Raabın sərəncamındadır.

“Turan”la oyun öncəsi zədələnən qapıçı Sahil Kərimovun müalicəsi davam etdiyindən, qolkiper Ağdama aparılmayacaq. Zədəli futbolçular – Rəşad Kərimov, Eşqin Quliyev və Orxan Həsənov da “Qarabağ”la görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” - “Sumqayıt Şəhər” matçı noyabrın 5-də keçiriləcək.
0