Azərbaycan çempionu ABŞ-da əbədiləşdirildi - FOTO
04.11.2011 - 00:02
Azərbaycan çempionu ABŞ-da əbədiləşdirildi - FOTO
Bakının “Rabitə” klubunun amerikalı legioneri Kimberli Qlass ölkəsində 2 mükafata layiq görüləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun adı noyabrın 4-də Arizona Universitetinin “Şöhrət zalı”na daxil ediləcək.

27 yaşlı voleybolçuya, həmçinin Arizona və Oriqon ştatlarının qarşılaşacağı matçın fasiləsində “Vayldkat Cersi” klubunun 86 nömrəli formasını hədiyyə ediləcək və bu nömrə onun adına əbədiləşdiriləcək.

Qeyd edək ki, Qlass “Rabitə” ilə Azərbaycan çempionluğunu və Çempionlar Liqasının gümüş medallarını qazanıb.
0