Cavab matçının vaxtı dəqiqləşdi
03.11.2011 - 17:54
Cavab matçının vaxtı dəqiqləşdi
Bakının “Lokomotiv” voleybol klubunun “Çelenc Cup”da Macarıstanın “Vaşaş” komandası ilə cavab matçının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ilk oyunu noyabrın 29-da səfərdə keçiriəcək “dəmiryolçular” ikinci görüşlərinə dekabrın 8-də paytaxtımızda çıxacaqlar.

Draqutin Baltiçin yetirmələri macarıstanlı voleybolçuları saat 18:00-da meydana dəvət edəcəklər.

Qeyd edək ki, “Lokomotiv” Super Liqaya və “Çelenc Cup”a hazırlıq üçün noyabrın 7-də Serbiyaya yollanacaq.
0