Yığmamız Bakıya qayıtdı
03.11.2011 - 18:58
Yığmamız Bakıya qayıtdı
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsinə hazırlaşan Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışı başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız bu gün vətənə qayıdıb.

Millimizlə yanaşı, qonşu ölkədə hazırlıq keçən Bakının “Azərreyl” və “Azəryolservis” klubları artıq Bakıya qayıdıblar.

Faiq Qarayevin yetirmələri sabahdan başlayaraq, yenidən məşqləri davam etdirəcəklər.

Qeyd edək ki, voleybolçularımız təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Uraloçka” komandası ilə 2 yoxlama matçı keçirib və hər 2 qarşılaşmada qələbə qazanıb.
0