Rəqibimiz Bakıya gəlməzdən öncə gücünü Rumıniyaya göstərdi
04.11.2011 - 10:39
Rəqibimiz Bakıya gəlməzdən öncə gücünü Rumıniyaya göstərdi
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Bolqarıstan yığması yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Marçelo Abondançın yetirmələri Rumıniya voleybolçuları ilə qarşılaşıblar.

Rəqibimiz oyuna pis başlasalar da, özlərinə gəlməyi bacarıblar. Belə ki, ilk setdə uduzan bolqarlar bunun ardınca 3 hissədə Rumıniya yığmasına göz açmağa imkan verməyiblər. Nəticədə onlar 3:1 (24:26, 25:21, 25:21, 25:21) hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı noyabrın 9-da olacaq.
0