Danimarkalılar ölkəmizə biabırçı məğlubiyyətlə gəlirlər
04.11.2011 - 11:50
Danimarkalılar ölkəmizə biabırçı məğlubiyyətlə gəlirlər
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Danimarka yığması yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Sven Briks rəhbərlik etdiyi komanda İsveç voleybolçuları ilə üz-üzə gəlib.

Rəqibimiz 6 setdə mübarizə aparıb və hər 3 setdə meydana fərqli heyət buraxıb. Lakin danimarkalılar 1 setdə də olsa belə, qələbə qazana bilməyiblər. Onların heyətində isə ən yaxşı oyunu Likke Denger nümayiş etdirib. O, 20 xal toplamaqla, komandasının ən yaxşı voleybolçusu olub.

Qeyd edək ki, Azərbaycanla noyabrın 10-da qarşılaşacaq Danimarka yığması Bakıya bu matçdan 3 gün öncə gələcək.
0