Bakı klubunun üzvü Fransa yığmasına qarşı
04.11.2011 - 16:11
Bakı klubunun üzvü Fransa yığmasına qarşı
Qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində iştirak edəcək Xorvatiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Splitdə baş tutacaq oyunlarda yığmanın baş məşqçisi Damir Jurko Azərbaycan Super Liqasından 2 voleybolçuya dəvət göndərib.

O, Bakının “İqtisadçı” klubundan Azərbaycan çempionatının bürünc mükafatçısı İliyana Duqandziç və yeni transfer Marina Katiçi komandaya çağırıb.

Qeyd edək ki, Xorvatiyada yerli komanda ilə yanaşı, Hollandiya, Fransa, İsrail, Yunanıstan və İsveç yığmaları qüvvələrini sınayacaq.
0