Azərbaycan çempionundan biabırçı məğlubiyyət
05.11.2011 - 11:05
Azərbaycan çempionundan biabırçı məğlubiyyət
Qadın həndbolçular arasında “Çelenc Cup” turnirində III təsnifat mərhələsinin ilk matçları baş tutub. Apasport.az saytının məlumatına görə, bu yarışda ölkəmizi təmsil edən Azərbaycan çempionu ABU debütdəcə biabırçı məğlubiyyətlə barışıb.

Xorvatiyanın “Zelina” klubunun qonağı olan Rəfiqə Şabanovanın yetirmələri birinci hissənin fasiləsinə 9 xal geridə yollanıblar - 9:18. Lakin fasilədə də Olimpiya çempionumuzun verdiyi tapşırıqlar oyunda dönüş yaratmayıb. Rəqib sonda 35:18 hesabı ilə qələbə qazanıb.

Belə məğlubiyyət isə Azərbaycan çempionunun yarışı dayandırması deməkdir. Çünki qarşılıqlı razılaşmaya əsasən hər 2 oyun Xorvatiyada keçiriləcək və təmsilçimizin bu gün baş tutacaq cavab qarşılaşmasında 18 xal fərqi ilə qalib gəlməsi inandırıcı deyil.
0