Bolqarıstan millisi Bakıya qələbə əhval-ruhiyyəsində gəlir
05.11.2011 - 12:26
Bolqarıstan millisi Bakıya qələbə əhval-ruhiyyəsində gəlir
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Bolqarıstan yığması növbəti dəfə yoldaşlıq görüşündə gücünü yoxlayıb. Apasport.az saytının məlumatına görə, Marçelo Abondançın yetirmələri Rumıniya voleybolçuları ilə ikinci dəfə üz-üzə gəliblər.

Rəqibimiz bu dəfə ilk qarşılaşmadan da gözəl oyun nümayiş etdirib. Belə ki, birinci oyunda 3:1 hesabı ilə qalib gələn Bolqarıstan millisi ikinci görüşdə rumınlara bir set belə güzəştə getməyiblər – 3:0 (25:17, 25:16, 25:21).

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu noyabrın 9-da saat 18:30-da başlayacaq. Rəqibimizin bu oyundan 2 gün öncə Bakıya gələcəyi gözlənilir.
0