“Azərbaycanla görüşdə yaxşı oyun nümayiş etdirməyə çalışacağıq” - FOTO
05.11.2011 - 15:39
“Azərbaycanla görüşdə yaxşı oyun nümayiş etdirməyə çalışacağıq” - FOTO
“Yoxlama oyunlarının nəticəsindən razıyam”. Apasport.az saytının məlumatına görə, qadın voleybolçulardan ibarət Bolqarıstan milli komandasının baş məşqçisi Marçelo Abondanç deyib.


O, noyabrın 8-12-də Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin seçmə mərhələsi barəsində fikirlərini açıqlayıb. Abondanç bildirib ki, komandanın sükanı arxasına yenicə keçdiyindən lazımı hazırlıq üçün vaxtları kifayət etməyib: “Əlbəttə ki, ilk oyunla müqayisədə daha çox ikinci görüşdən razı qaldım. Həmin matçda qızlar ideal oyun sərgilədilər. Səfərə hazırlaşırıq, 1 həftədə çox böyük nəticələr əldə etdik. Rəqiblərimizin oyunlarının videoyazısını izləmişik. Bakıda keçiriləcək turnirə daha yaxşı hazırlaşmaq üçün vaxtımız azdır. Bununla belə gözəl oyun nümayiş etdirmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, Bolqarıstan millisi italiyalı mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması ilə 2 yoxlama matçı keçirib və hər 2-də qələbə qazanıb (3:1, 3:0). Onlar Azərbaycan yığması ilə noyabrın 9-da qarşılaşacaqlar.
0