Yığmamız Şotlandiyanı darmadağın etdi
06.11.2011 - 10:45
Yığmamız Şotlandiyanı darmadağın etdi
Kişi həndbolçular arasında Maltada “Çelenc Cup” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası (U-23) 2-ci matçını da qələbə ilə başa vurub.

Belə ki, II turda Hikmət Abdullayevin çalışdırdığı yığma Şotlandiya ilə qarşılaşıb. İlk hissəni 19:9 hesabı ilə aktivinə yazan həndbolçularımız yekunda britaniyalıları 36:19 hesabı ilə darmadağın edib. Komandamızın heyətində Süleymanov görüşün bombardir olub. Onun 6 zərbəsi dəqiq alınıb.

Qrupumuzda baş tutan digər matçda Moldova Maltanı 41:20 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ilk turda Maltanı 29:23 hesabı ilə məğlub edən yığmamız sonuncu tur ərəfəsində yalnız top fərqində Moldovadan geri qalır. Komandamız bu gün keçirəcəyi so oyununda da məhz bu yığma ilə üz-üzə gələcək.
0