Millimiz Moldova ilə bacarmadı
06.11.2011 - 21:51
Millimiz Moldova ilə bacarmadı
Kişi həndbolçular arasında Maltada “Çelenc Cup” turnirində qrup mərhələsinin son oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası (U-23) 3-cü matçında Moldova ilə qarşılaşıb.

Hikmət Abdullayevin çalışdırdığı yığma Malta (29:23) və Şotlandiya (36:19) üzərində qələbələrdən sonra qrupunda yalnız top fərqinə görə Moldovadan geri qalırdı. Qrup birincisinin taleyinə aydınlıq gətirən matçda isə millimiz məğlub olub – 31:34. İlk hissədə 17:15 hesabı ilə qalib gələn komandamız üstünlüyü əldən verərək qrupda 2-ci yerlə kifayətlənib.
0